Tovuzdakı Göytəpə Arxeoloji Kompleksində aşkarlanmış qədim tikililərin ekspertizası üçün ixtisaslaşmış xarici mütəxəssislərində daxil olduğu komissiya yaradılacaq. Lent.az-ın məlumatına görə, bunu AMEA-nın Rəyasət Heyətinin (RH) keçirilən iclasında qurumun Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla bildirib.
Onun sözlərinə görə, RH-nin qərarına əsasən, bir ay müddətində həmin tikililərlə bağlı rəy hazırlanacaq.
K.Abdulla onu da xatırladıb ki, Prezident İlham Əliyev kompleksdə aşkarlanmış qədim tikillilərin bərpası və mühafizəsi, aparılan elmi tədqiqatların davam etdirilməsi məqsədilə 2012-ci il aprelin 18-də Tovuzda Göytəpə Arxeoloji Kompleksinin yaradılması barədə sərəncam verib.