"Sadələşdirilmiş gömrük dəhlizi”nin tətbiq edilməsi müzakirə edilir
17 mart 2016 18:14 (UTC +04:00)

"Sadələşdirilmiş gömrük dəhlizi”nin tətbiq edilməsi müzakirə edilir

 

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara şəhərində işgüzar səfərdədir.

 

 

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 16-17 tarixlərində gerçəkləşən səfərdə məqsəd Türkiyə Gömrük və Ticarət Nazirliyində Azərbaycan və Türkiyə arasında gömrük sahəsində mövcud əməkdaşlığın  daha da genişləndirilməsi ilə bağlı danışıqlar aparmaqdır.

İkitərəfli görüş zamanı ticarətin təhlükəsizliyini təmin etmək məqsədilə iki ölkə arasında hərəkət edən mal və nəqliyyat vasitələri üçün “sadələşdirilmiş gömrük dəhlizi”nin tətbiq edilməsi məqsədilə memorandum layihəsinin hazırlanması barədə razılıq əldə edilib.

Bundan başqa, mal və nəqliyyat vasitələri üzrə elektron məlumat mübadiləsinin həyata keçirilməsi məsələsi də müzakirə edilib və bu layihənin tətbiqilə bağlı hər iki ölkənin gömrük xidməti əməkdaşlarının birgə fəaliyyətinin zəruriliyi vurğulanıb və iş qrafiki müəyyən edilib.   

İkitərəfli görüşlərdə həmçinin gömrük əməkdaşlığının genişəndirilməsinə dair müzakirələrdən sonra Azərbaycan nümayəndə heyəti risklərin avtomatlaşdırılmış idarəetmə sistemi, “Hədəf” mərkəzinin iş prinsipi, yükdaşımalarda gömrük nəzarətininn tətbiqi üsulları, irihəcmli yüklərin skanlaşdırılması və mərkəzi idarəetmə sistemi vasitəsilə izlənməsilə bağlı görülən işlərlə tanış olub.

Eyni zamanda, gömrük xidmətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsi üçün Türkiyə Gömrük Xidməti mütəxəssislərinin Azərbaycana səfəri məsələsi də müsbət həllini tapıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar