Gənclərdən demokratik təşəbbüslərə dəstək
18 iyul 2013 13:33 (UTC +04:00)

Gənclərdən demokratik təşəbbüslərə dəstək

Gənclər üçün Təhsil Mərkəzi Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondu (UNDEF) tərəfindən dəstəklənən və Azərbaycan Gənclər İttifaqı ilə əməkdaşlıq çərçivəsində icra edilən “Azərbaycanda demokratik təşəbbüslərə dəstək” layihəsi çərçivəsində Mingəçevir şəhərində bir sıra tədbirlər keçirib.

 

Qadın və gənclərin iştirak etdiyi tədbirlərin əsas məqsədi qadın və gənclərin (xüsusi ilə ilk dəfə səs verən) seçkilərdə iştirakçılığının artırılması, eləcə də, bu kateqoriyadan olan vətəndaşların yerli özünüidarəetmə strukturları olaraq bələdiyyə qurumlarında təmsil olunma səviyyəsinin, sayının və keyfiyyətinin artırılmasıdır.

 

Tədbirlərdə müvafiq mövzular üzrə ekspertlərlə yanaşı, şəhər bələdiyyəsinin üzvləri, dairə seçki komissiyasının üzvləri, yerli QHT təmsilçiləri və digər qonaqlar da iştirak ediblər.

 

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadənin sözlərinə görə layihə Azərbaycanda demokratiyanın inkişafı sahəsində görülmüş və görülən işlərə əlavə dəstək məqsədi daşıyır. Eyni zamanda vətəndaş məsuliyyətinin artırılmasını nəzərdə tutur.

 

Qeyd edək ki, layihə 2 il müddətində həyata keçiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533
avatar

Oxşar yazılar