Gənclər və idman naziri  vətəndaşlarla görüşdü
11 may 2013 14:42 (UTC +04:00)

Gənclər və idman naziri vətəndaşlarla görüşdü

Gənclər və idman naziri Azad Rəhimov  Mingəçevirdə vətəndaşlarla görüşüb. Lent. az-ın məlumatına görə, nazirin qəbulunda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və  Ağsu  rayon sakinləri iştirak ediblər. Ümumilikdə isə qəbula adı çəkilən rayon və şəhərlərdən 50-dək vətəndaş qatılıb.

Vətəndaşların müraciəti daha çox güzəştli ipoteka krediti almaq, idman bölmələrinin açılması, idman zalların və meydançaların tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka krediti, bəzi kəndlərdə futbol meydançasının inşası, və s. məsələlərlə bağlı olub. Qəbuldan sonra nazir Azad Rəhimov Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Goyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və  Ağsu  rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara  tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438
avatar

Oxşar yazılar