Gənclər Fondunun xərclər smetası və ştat cədvəli təsdiqləndi
12 mart 2013 15:59 (UTC +04:00)

Gənclər Fondunun xərclər smetası və ştat cədvəli təsdiqləndi

Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun xərclər smetası və ştat cədvəlinin təsdiq edilməsi haqqında qərar verib.

Lent. az -ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun  saxlanması ilə bağlı xərclər cari ilin sonuna qədər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 mart tarixli 2072 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış 5,0 milyon manatdan istifadəsiz qalmış 2 milyon 139,7 min manat vəsait hesabına,  2014-cü ildən isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində funksional təsnifatın “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsinin "Digər kateqoriyalara aid edilməyən fəaliyyət" köməkçi bölməsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində təmin edilsin.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü  il  7 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmişdir    1 nömrəli əlavə

  

Azərbaycan Respublikasının Prezidenti yanında

Gənclər Fondunun 2013-cü il üçün

XƏRCLƏR SMETASI

             

Sıra №-si

Xərclərin iqtisadi  təsnifatı

Məbləğ

(manatla)

1.

 Azərbaycan Respublikasının Prezidenti yanında    Gənclər Fondunun cəmi saxlanılması xərcləri,

O cümlədən:

 

 

250000

1.1.

ştatda olan işçilərin əməkhaqqı

119520

1.2.

ştatdankənar işçilərin əməkhaqqı

36300

1.3.

əməyin ödənişi ilə bağlı sair pul ödənişləri

39840

1.4.

dövlət Sosial Müdafiə Fonduna ayırmalar

43045

1.5.

sair xərclər

11295

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091
avatar

Oxşar yazılar