Gəncə dairəvi yolunun açılışı oldu
29 dekabr 2013 12:40 (UTC +04:00)

Gəncə dairəvi yolunun açılışı oldu

Bu gün nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev və şəhər ictimaiyyətinin iştirakı ilə Gəncə dairəvi yolunun açılışı olub. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, Uzunluğu 38 kilometr olan və Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi magistralının bir hissəsini təşkil edən yol vasitəsi ilə Gəncə şəhərinə daxil olmadan Şəmkirə doğru və əks istiqamətə hərəkət etmək mümkün olacaq. Dairəvi yol magistralın 344-382-ci kilometrliyini təşkil edir. Yol boyunca 4 körpü, 4 yol qovşağı, 82 boru ötürücü və 8 avtobus dayanacağı quraşdırılıb. Həmçinin zəruri hissələrdə işıqlandırma sistemi qurulub və yol hərəkət nişanları yerləşdirilib.

 

Məlumata görə, Gəncə dairəvi yolu əvvəllər 2 hərəkət zolağından ibarət olub. Bu layihə nəticəsində isə yolun hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb. Yolun köhnə iki zolaqlı hissəsinin təmirinə 2009-cu ilin mart ayında başlanılıb və işi İtaliyanın “İmpresa” şirkəti həyata keçirib. Yeni qurulmuş digər iki zolağın tikintisinə isə 2007-ci ilin noyabr ayında başlanılıb və layihəni Cənubi Koreyanın “Ultra Azerco” şirkəti həyata keçirib.

 

Qeyd edək ki, Gəncə dairəvi yolu sürücülərin Gəncə şəhərinə daxil olmadan rahat və qısa yolla Şəmkirə və əks istiqamətdə hərəkət etməsini təmin edəcək. Gəncə dairəvi yolu Bakı dairəvi yolundan sonra ölkənin ikinci ən böyük dairəvi yoludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1747
avatar

Nizam Rza

Oxşar yazılar