Noyabrın 14-15-də AMEA Geologiya İnstitutunda Heydər Əliyevin 90 illiyinə həsr edilmiş “Fundamental və tətbiqi geologiya elmi gənc alimlərin gözü ilə: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları” mövzusunda V beynəlxalq konfrans keçiriləcək. Bu barədə Lent. az-a AMEA-dan məlumat verilib.
Tədbirdə İngiltərə, Almaniya, Fransa, İtaliya, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər Avrasiya ölkələrinin təhsil və elm müəssisələrindən gənc tədqiqatçıların iştirakı nəzərdə tutulur. Konfransın keçirilməsində məqsəd geologiya sahəsində tədqiqat aparan azərbaycanlı gənc alimlərin beynəlxalq elm cəmiyyətinə inteqrasiyasının təmin olunmasıdır.
Tədbir dünya təcrübəsindəki metodika və yanaşmaları nümayiş etdirməklə bərabər alimlərimizin xarici həmkarları ilə birgə elmi-tədqiqat və təcrübə mübadiləsi aparmalarına da şərait yaradır.