
Gavalı mürəbbəsini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “lavanda618” adı ilə məşhur olan səhifədə gavalı mürəbbəsinin hazırlaması ilə tanış edəcəyik.
Gavalı mürəbbəsinin tərkibi:
Gavalı 1 kq, şəkər tozu 1 kq, su 200 ml.
Hazırlanma qaydası:
Gavalını yuyub qabığını təmizləyirik, sonra ləyənə yığıb, üzərinə çıxacaq qədər su və 1 ç/q soda əlavə edirik. Gavalılar suda öz turşuluğunu çıxarır. Sonra təmiz suda yuyub süzürük. Meyvəni bişirəcəyimiz ləyənə şəkər tozunu və suyu tökürük, bir az ocaqda saxlayıb, şəkər əriyən kimi meyvələri əlavə edirik.
5-6 saat kənarda qoyub soyuduruq. Sonra şirənin içərisindən gavalıları yığıb, şərbəti qaynadırıq. 20 dəqiqə qaynadıqdan sonra gavalıları şərbətin içərisinə təkrar tökürük və altını söndürüb soyumasını gözləyirik. Soyuduqdan sonra üçüncü dəfə yenidən meyvələri yığıb, şərbəti qaynamağa qoyuruq. Su qaynadıqda meyvələri əlavə edib 15-20 dəqiqə bişiririk və ocaqdan götürürük.
Nuş olsun!
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22