Füzuli Ələkbərov BƏT eksperti ilə görüşüb
30 may 2013 13:04 (UTC +04:00)

Füzuli Ələkbərov BƏT eksperti ilə görüşüb

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Beynəlxalq Əmək Təşkilatının eksperti Olqa Kulayeva arasında görüş keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə,  Fizuli Ələkbərov gənclərin məşğulluq probleminin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu söyləyib.

 

Bu baxımdan Beynəlxalq Əmək Təşkilatı ilə məşğulluq sahəsində də əməkdaşlığın daim inkişaf etdiyi bildirilib. Görüşdə “Müstəqil Dövlətlər Birliyində gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” layihəsi müzakirə olunub və layihənin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Beynəlxalq Əmək Təşkilatı tərəfindən həyata keçirilən, Azərbaycan, Qazaxıstan və Rusiya Federasiyası tərəfindən icra ediləcək bu layihənin ümumi məqsədi gənclərlə bağlı məşğulluq proqramlarının işlənib hazırlanması, bu proqramların həyata keçirilməsi sahəsində hər bir ölkənin imkanlarının artırılması, rəqabət qabiliyyətli işçi qüvvəsinin yetişdirilməsi və regionda iqtisadi artımın inkişaf etdirilməsidir. Layihənin icrasına 2013-cü ildən başlanılıb və 4 il davam edəcək.

 

Olqa Kulayeva Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında məşğulluq sahəsində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, bu əməkdaşlığın daha da inkişaf etməsi üçün səylər göstərəcəyini vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438
avatar

Oxşar yazılar