Fitrə zəkatı nə zaman və nə qədər verilməlidir? - <span style="color:red;">CAVAB
14 iyun 2018 16:58 (UTC +04:00)

Fitrə zəkatı nə zaman və nə qədər verilməlidir? - CAVAB

Sabah Ramazan bayramıdır. Və hər bir müsəlmanın borcudur ki, bayramda fitrə zəkatı versin. Bəs fitrə zəkat nə zaman verilməlidir? Miqdarı nə qədər olmalıdır və kimlərə verilməlidir? Mövzu ilə bağlı suallara aydınlıq gətirən ilahiyyatçı Ceyhun Şükürov Lent.az-a bildirir ki, Ramazanla bağlı fitrə zəkatı Ramazanın son günlərində vermək olar: “ Düzdür, əvvəllər fitrə zəkatını işa namazından bayram namazına qədər olan vaxt çərçivəsində verilməıli idi. Amma indi bu bayramdan bir-iki gün əvvəl də çıxarıla bilər. Çıxarılan məhsullar əsasən şəriətdə olub ki, dənli bitkilərdən gec xatrab olan məhsullardan verilib. Burada düyüdür, qarabaşaqdır, dənə lobyadır və sair. Müasir zamanda isə insanların gündəlik istifadə etdiyi məhsullardan da fitrə zəkatı çıxarıla bilər”.

C. Şükürov məlumat verdi ki, evdə minimum 2-3 günlük ərzağı olkan şəxslər fitrə zəkatı çıxara bilər: “Peyğəmbərin zamanında fitrə zəkatın ölçü vahidi bir qab idi. Həmin qab təxminən 2 kilo 800 qram çəki miqdarında olan xurma, düyü kimi məhsullar verilirdi. Amma müasir alimlər şimal bölgəsində yaşayan insanlara uyöun olaraq, undan, ətdən, gec xarab olan əkin məhsullarından da fitrə zəkatı verilməsini tövsiyə edirlər. Bunun pul qarşılığı isə Qafqaz Müsəlmanları Dini İdarəsi tərəfindən 5-10 manat arası təyin olunub. İmkanı olan artıq da verə bilər”.

“Borcu olan şəxslərin fitrə zəkatı isə belə hesablanır. Əgər onun borcu kreditlədirsə və uzun müddətə verəcəksə, fitrə zəkatı verən zaman da onun hər hansı bir maddi problemi yaranmayacaqsa fitrə zəkatını çıxardır. Yox əgər onun əlində olan miqdar ancaq borca çatırsa və borc sahibi borcu ondan tələb edirsə, burada ilkin olan odur ki həmin şəxs borcunu ödəməlidir”.

İlahiyyatçı deyir ki, fitrə zəkatı evində üç günlük ərzağı olmayan, gündəlik çörəyə möhtac olanlara düşür: “Miskinlərə və fəqirlərə mütləq fitrə zəkatı verilməlidir. Onların ala bilmədiyi əti, yağı alıb vermək lazımdır ki, bayram  günü onun da özü övladları sevinsin. Onlar da bayram günlərini yaxşı əhval ruhiyyədə keçirə bilsinlər”

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649
avatar

Yasəmən Bağırova

Oxşar yazılar