Masallıda kişi sevgilisinin başını yardı: kafedə müştərilərə qulluq etmirdi
04 dekabr 2025 13:55 (UTC +04:00)

Masallıda kişi sevgilisinin başını yardı: kafedə müştərilərə qulluq etmirdi

0

Masallıda kişi sevgilisini yolun ortasında döyüb.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

35 yaşlı Cavid Ələsgərli gecə saat 2 radələrində sevgilisi ilə piyada keçidində yolu keçərkən qadını vuraraq, asfalta yıxıb. Qadının başı asfalt örtüyə dəydiyi üçün qan axmağa başlayıb.

Nəticədə Cavid saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, sevgilisini Masallının kəndlərindən birində kafeyə ofisiant kimi işə düzəldib. Qadın işdən gecə çıxdığı üçün hər axşam onu kafedən götürərək evə aparırmış:

“Bir gün kafeyə gələndə obyektin sahibi dedi ki, sevgilim müştərilərə qulluq etmir, onlarla əyləşib spirtli içki qəbul edir. Mətbəxə keçib sevgilimə bununla bağlı irad bildirdim. O da sərxoş idi. İşdən çıxıb evə gələndə piyada keçidi ilə yolu keçirdik. Sevgilim yol boyu ailəmi və məni təhqir etdiyi üçün üzünə sillə ilə vurdum. O yerə yıxıldı və başından qan axdı. Paltarımla qanını sildim”.

Cütlük yollarına davam edərək qadının evinə çatıblar. Burada qadını öz qızı Masallı rayon Mərkəzi Xəstəxanasına aparıb.

Cavid Ələsgərli hazırda zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu deyərək, cinayət işinə xitam verilməsini istəyib.

Zərərçəkən qadın da təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib və işə xitam verilməsini xahiş edib.

Masallı rayon Məhkəməsinin qərarı ilə cinayət işi xitam verilib və Cavid Ələsgərli məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar