Həbsdən buraxılan "qanuni oğru" az sonra öldü
04 dekabr 2025 13:12 (UTC +04:00)

Həbsdən buraxılan "qanuni oğru" az sonra öldü

0

Gürcüstanın paytaxtı Tbilisidə “qanuni oğru” David Qucceciyani vəfat edib. O, kriminal aləmdə daha çox Dato Tbilisski adı ilə tanınırdı. Məlumata görə, Dato xəstəlik səbəbilə həbsdən azad edildikdən az sonra dünyasını dəyişib.

Lent.az xəbər verir ki, onun kriminal aləmə daxil olub-olmaması ilə bağlı fikirlər fərqlidir. Datonun sözlərinə görə, o, 1995-ci ildə “tac alıb”, lakin 1996-cı ildə Tümenə köçdükdən sonra Çervişev qəbiristanlığında Kutaisidən olan “qanuni oğru” Mişel onu hər iki ayağından güllələyib. Buna səbəb Dato¬nun əvvəlcə statusundan imtina etməməsi, sonra isə qaçmaqdan boyun qaçırması olub. Bu halda, həmin ilin noyabrında Dato qarət işi üzrə Tümen İstintaq Təcridxanasına düşüb. “Oğrular”la konflikt səbəbilə məhbəsdə nə həmin vaxt, nə də sonrakı illərdə onun statusu tanınmayıb.

2003-cü ildə Gürcüstana təhvil verilməyənə qədər Dato bir sıra həbsxanalarda — Nijnevartovskda, Surqutda və əsasən Xarp daşınma koloniyasında cəza çəkib. Gürcüstanda isə atasının səyləri nəticəsində səhhətinə görə vaxtından əvvəl azad edilib.

Sonradan 2006-cı ildə Tbilisidə mübahisə zamanı Datonun kimisə öldürdüyünə dair şayiələr dolaşıb.

Kriminal aləmdə olan bir çox gürcü kimi, həyatının qalan hissəsini o da Türkiyədə keçirib. 2023-cü ildə isə deportasiya edilərək vətəninə qaytarılıb və yenidən həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar