İnsanın qara rəngi sevməsi  nə deməkdir? Şəxsiyyətin xüsusiyyətləri AÇIQLANDI
04 dekabr 2025 14:24 (UTC +04:00)

İnsanın qara rəngi sevməsi nə deməkdir? Şəxsiyyətin xüsusiyyətləri AÇIQLANDI

0

Daim qara rəngdə geyinən insanlar təkcə stil nümayiş etdirmir, onlar bununla özləri haqqında müəyyən mesajlar ötürürlər. Psixoloqların açıqlamasına görə, geyim seçimi insanın daxili dünyası barədə düşündüyümüzdən daha çox şey deyir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər qara rəngə üstünlük verən insanların yeddi əsas xüsusiyyətini müəyyən ediblər.

1. Zehni enerjilərini qoruyurlar

Gündəlik xırda qərarlar beyin yorğunluğu yaradır. Qara rəng geyinən insanlar bu problemi avtomatik həll edir: uyğunlaşdırma tələb olunmur, vaxt itirilmir. Qara rəng hər şeyə yaraşdığı üçün geyinmək 20 deyil, cəmi bir neçə dəqiqə çəkir.

Tədqiqatlara görə, gündəlik qərarların azaldılması daha ciddi məsələlər üçün kognitiv resursların qorunmasına kömək edir. Məhz buna görə Stiv Cobs hər gün eyni tərzdə geyinib.

2. Onları ciddi qəbul etmələrini istəyirlər

Psixoloqlar bildirirlər ki, qara rəng geyinən insanlar daha çox işlərinə, fikir və bacarıqlarına görə qiymətləndirilmək istəyirlər. Onlar vizual səs-küyü minimuma endirərək diqqəti məhz fəaliyyətlərinə yönəldir. Qara rəng insanı daha kompetent və özünəinamlı göstərir.

3. Xarici görünüşlərinə düşünülmüş yanaşırlar

Parlaq rənglər bəzi qüsurları gizlədə bilər, amma tam qara geyimdə hər detal, kəsim, parça, proporsiya ön plana çıxır. Qara rəng seçənlər ümumiyyətlə geyim harmoniyasına daha çox diqqət yetirirlər.

4. Onlar üçün praktiklik trendlərdən önəmlidir

Qara rəng nə vaxtsa dəbdən çıxmır. O, gündəlikdən rəsmi tərzə rahat keçir və hər mövsüm aktual qalır. Qara rəng sevənlər adətən praktik düşünür və sezon dəblərini izləməkdənsə sabit, rahat və uzunömürlü geyimə üstünlük verirlər. Bu praktiklik çox vaxt onların həyatının digər sahələrinə də keçir.

5. Arxa planda qalmaq onlara daha rahatdır

Qara rəng insanı diqqət mərkəzində gizlətmədən sakit şəkildə iştirak etməyə imkan verir. Məsələ utancaqlıq deyil, enerji balansını qorumaq istəyidir. Bir çox insan üçün parlaq rənglər həddindən artıq stimullaşdırıcı gəlir.

Psixoloqların müşahidəsinə görə, qara geyinənlər sosial tədbirlərdə səs-küyün içində deyil, sakit guşələrdə maraqlı söhbətlər etməyi üstün tuturlar.

6. Yaradıcı və ya alternativ subkulturlarla özünü əlaqələndirmə

Qara rəng uzun illərdir ki, sənətçilərin, musiqiçilərin, dizaynerlərin və qeyri-ənənəvi düşünən insanların geyim kodu olub. Qara rəng seçən insanlar fərqində olmadan belə subkulturalara yaxınlaşmış olurlar və özlərini “əsas axın”dan kənarda hiss edirlər.

7. Onlar öz identikliyini tapıblar

Tamamilə qara geyim çox vaxt güclü özünüanlama əlamətidir. Belə insanlar artıq “özünü axtarma” mərhələsini keçib, nə istəyini və kim olduqlarını dəqiq bilirlər. Dəyişməyən, sabit üslub onların daxili rahatlığını və özlərinə inamını göstərir.

Psixoloqlar qeyd edir ki, özünü tanımaq bütün həyat qərarlarının düzgün verilməsi üçün əsasdır, və qara rəng çox zaman məhz bu daxili aydınlığın göstəricisi olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar