İudaizmdə milli mənsubiyyətin ana tərəfindən ötürülməsi qədimdən bəri mövcud olan qaydadır. Yəni əgər uşağın anası yəhudidirsə, atanın kimliyindən asılı olmayaraq, uşaq da yəhudi sayılır. Əksinə, əgər ata yəhudidir, ana isə başqa millətdəndirsə, belə uşaq dini qanunlara görə yəhudi hesab olunmur. Məhz buna görə yəhudi ailələrində gələcək gəlinin yəhudi olması çox önəmli sayılır.
Niyə yəhudilər milli mənsubiyyəti anadan hesab edirlər?
Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Bu qaydanın formalaşmasına bir neçə amil təsir edib
Bioloji səbəb: Atalıq bəzən mübahisəli ola bilər, lakin uşağın kimdən doğulduğunu müəyyənləşdirmək həmişə daha asandır.
Sosial və mədəni səbəb: Ailənin gündəlik tərbiyəsi əsasən anadan gəlir. Uşağın dil, adət, dəyərlər və dini biliklərlə tanış olması çox vaxt ana vasitəsilə olur.
Tarixi və siyasi səbəblər: Keçmişdə müharibələr və təqiblər zamanı yəhudi kişiləri tez-tez həlak olurdu. Uşaqların yəhudi anadan doğulması yəhudi nəslinin davam etməsinə şərait yaradırdı, hətta ata yəhudi olmasa belə.
Bəzi tədqiqatçılar hesab edirlər ki, bu qayda Roma dövründəki qanunların təsiri ilə də möhkəmlənmiş ola bilər. Belə ki, yəhudi qadından doğulan uşaq, əgər ata rəsmi romalı deyildisə, Roma vətəndaşlığı ala bilmirdi. Bu, ananın milli mənsubiyyətinin önəmini daha da artırırdı.
Genetik baxımdan isə, hər iki valideyn əsas DNT-ni ötürsə də, mitoxondrial DNT yalnız anadan keçdiyi üçün alimlər bunu da ana xəttinin rolunu gücləndirən amillərdən biri kimi qeyd edirlər.
Yəhudi olmaq mümkündürmü, əgər yalnız ata yəhudidirsə?
Hazırda İudaizmin dini qanunu (Galaхa) yalnız anası yəhudi olanları yəhudi sayır. Tarixi mənbələrdə bir vaxtlar ata xəttinin də nəzərə alındığına dair məlumatlar olsa da, bu gün rəsmi qayda yalnız ana xəttidir.
Bununla belə, əgər uşağın atası yəhudidirsə, o, İsrail qanunvericiliyinə əsasən repatriasiya hüququ əldə edə bilər və ölkənin vətəndaşlığına qəbul oluna bilər. Lakin dini baxımdan yəhudi sayılması üçün həmin şəxs giyur, yəhudiliyə keçid prosesi keçməlidir.
Maraqlı bir məqam: Əgər yəhudi olmayan qadın giyurdan keçərək yəhudi olarsa, onun gələcək uşaqları avtomatik olaraq yəhudi sayılır. Onun əvvəlki uşaqları 12–13 yaşdan kiçikdirsə, onlar da ana ilə birlikdə giyurdan keçə və yəhudi statusu əldə edə bilərlər. Lakin daha böyük yaşdakı uşaqlar üçün bu keçid qüvvədə deyil.