Məhkəmə İsa Xristosa  hökm oxudu
04 dekabr 2025 12:43 (UTC +04:00)

Məhkəmə İsa Xristosa hökm oxudu

0

Rusiyanın Kazan şəhər məhkəməsi İsa Xristos adlı şəxsi saxta qeydiyyata görə şərti həbs cəzasına məhkum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Kazan şəhərinin Novo-Savinovski rayon məhkəməsi əcnəbilərin saxta qeydiyyatı işi üzrə yerli sakinə şərti hökm çıxarıb. Bu barədə məhkəmənin mətbuat xidməti məlumat verib.

Məlumata görə, məhkəmə Xristosa iki il müddətinə şərti azadlıqdan məhrumetmə və 2,5 il sınaq müddəti təyin edib.

Təqsirləndirilən şəxs özünü tam təqsirli bilib və etdiyi əmələ görə peşman olduğunu söyləyib. Kazanın Moskva rayon məhkəməsi isə onu əvvəllər oxşar hüquq pozuntularına görə inzibati məsuliyyətə cəlb edib.

Kişi ikinci qrup əlildir. Saxta qeydiyyat isə onun sahəsi 32 kvadrat metrdən az olan mənzilində təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar