İmtahansız xaricdə təhsil - Kimlərin diplomu qətiyyən tanınmır?
21 noyabr 2025 14:03 (UTC +04:00)

İmtahansız xaricdə təhsil - Kimlərin diplomu qətiyyən tanınmır?

0

Sosial şəbəkələrdə xaricdə imtahansız distant və ya hibrid magistratura və doktorantura təhsilinə qəbulla bağlı çoxsaylı kursların elanlarını görürük. Onlar ən əsas diplomların Azərbaycanda tanınmasına da, zəmanət verdiklərini bildirirlər. Lakin mütəmadi diplomları tanınmayan şəxslərin siyahısı ilə bağlı mediada xəbərlər yayılır.

Bəs görəsən, bu halda magistratura və doktorantura diplomları həqiqətən də ölkəmizdə tanınırmı?

Lent.az-ın sorğusuna Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirildi ki, doktorantura səviyyəsi üzrə kvalifikasiyaların tanınması TKTA-nın səlahiyyətləri xaricindədir:

“Tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması, müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması, müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi lazımdır.

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması), Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur”.

Xaricdə Doktorantura : Sənədlər - 2024 - Az Study

Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir:

“Kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi, əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi, yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi, kvalifikasiyanın istiqaməti (profili), təlimin nəticələri.

Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır”.

Təhsil eksperti Ramin Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, xarici ölkələrdə alınan hibrid və ya distant təhsil Azərbaycanda tanınmır:

Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə  qabaqcıl ölkələrdəndir - AZƏRTAC

"Xarici universitetlərdə hibrid və ya distant şəkildə təhsilin Azərbaycanda ekvivalenti olmadığı üçün həmin diplomlar tanınmır. Bu qayda bakalavr və magistr səviyyələri üçün eynidir. Lakin doktoranturada 1-1,5 il təhsil aldıqdan sonra elmi iş götürərək, onu onlayn formada hazırlamaq, elmi rəhbərlə distant qaydada müzakirələr aparmaq mümkündür. Bu halda diplomların Azərbaycanda tanınmasında ciddi problemlər yaranmır. Çünki Azərbaycanda da, bu, belədir. Elmi iş yazılan müddətdə univertsitetə gedib-gəlmək tələbi yoxdur. Elmi iş üçün xarici ölkədə qalmaq, yaxud təhsil müəssisəsinə gedib-gəlməyə ehtiyac yoxdur. Lakin elmi işə qədərki müddəti də (hansı ki, həmin vaxt universitetdə olmaq lazımdır) distant qaydada oxuyan şəxslərdə ciddi problemlər yaranır. Onların diplomlarının ölkədə tanınmasında ciddi problemlər yaranır. Çünki tanınma zamanı həmin ölkədən giriş-çıxışlara baxılır. Tələbə təhsil aldığı ölkəyə gedib, müəyyən qədər orada yaşamayıbsa, onun diplomu tanınmır".

Doktorantura diplomlarının tanınması ilə bağlı Ali Attestasiya Komissiyasına göndərdiyimiz sorğu isə cavabsız qaldı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 70

Oxşar yazılar