Gəncəyə uçan təyyarə 4 saat gecikdi: PUA TƏHLÜKƏSİ
04 dekabr 2025 17:17 (UTC +04:00)

Gəncəyə uçan təyyarə 4 saat gecikdi: PUA TƏHLÜKƏSİ

1

Rusiyada PUA hücumu səbəbilə paytaxt Moskva şəhərində yerləşən Vnukovo hava limanından Gəncəyə uçan təyyarə 4 saatdan artıq gecikib.

Lent.az yerli mediaya istinadla bildirir ki, PUA hücumları səbəbindən Vnukovo hava limanında bəzi reyslərdə təxirə salınmalar və gecikmələr yaranıb. Bunlardan biri də Gəncəyə uçan təyyarə reysidir. Belə ki, təyyarə yerli vaxtla 5:45-də havaya qalxmalı olsa da, bu vaxt saat 9:30-a dəyişdirilib.

Qeyd olunur ki, PUA hücumu əsasən Rusiyanın cənub regionlarına yönəlib. Ölkənin Müdafiə Nazirliyinin açıqlamasına görə, 4 dekabr gecəsi 76 Ukrayna PUA-sı məhv edilib: Krım üzərində 21 dron, Rostov vilayəti üzərində 16, Stavropol diyarı üzərində isə 14 PUA vurulub. Hücumlar həmçinin ölkənin mərkəzi hissəsində də qeydə alınıb: Belqorod vilayəti üzərində 7, Bryansk üzərində 4, Voronej üzərində isə 3 dron məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 376

Oxşar yazılar