"Xəzər-2017” təlimində fərqlənən bir qrup FHN əməkdaşı təltif olundu
08 noyabr 2017 12:58 (UTC +04:00)

"Xəzər-2017” təlimində fərqlənən bir qrup FHN əməkdaşı təltif olundu

0

Noyabrın 8-də Fövqəladə Hallar Nazirliyində “Xəzər-2017” beynəlxalq təlimlərində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilib. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi tərəfindən verilmiş medallar əməkdaşlara fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev tərəfindən təqdim edilib. Nazir müavini Etibar Mirzəyev təltif olunmuş FHN əməkdaşlarını təbrik edərək onlara xidmətdə uğurlar arzulayıb.

 

Xatırladaq ki, noyabrın 2 və 3-də da Bakı şəhərində Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda  “Xəzər-2017” beynəlxalq təlimi keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar