Fənn olimpiadalarının yarımfinal nəticələri məlum olub
29 mart 2016 10:17 (UTC +04:00)

Fənn olimpiadalarının yarımfinal nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271, humanitar fənlər üzrə 415 şagird iştirak edəcək.

Şagirdlər öz nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) əldə edə bilərlər.

Bildirək ki, final mərhələsində şagirdlər iki qrup üzrə biliklərini sınayacaqlar. Belə ki, X və XI siniflər yuxarı yaş qrupu kateqoriyasında, IX və xüsusi istedadı ilə seçilən daha aşağı sinif şagirdləri isə aşağı yaş qrupu kateqoriyasında eyni materiallar üzrə sualları cavablandıracaqlar.

Bundan başqa, final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər.

 

Qeyd edək ki, fənn olimpiadalarının dəqiq fənlər üzrə final mərhələsi 15-17 aprel, humanitar fənnlər üzrə isə 22-24 aprel tarixlərində keçiriləcək. Final mərhələsinin ilk günü qeydiyyat və açılış mərasimi, ikinci günü  - final mərhələsi, üçüncü günü isə nəticələrin elanı və apelyasiya olacaq.

Xatırladaq  ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Bu mərhələdə  27 500-dən çox şagird iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388
avatar

Oxşar yazılar