Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı nəşrlərin təqdimatı keçirilib
31 mart 2016 17:16 (UTC +04:00)

Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı nəşrlərin təqdimatı keçirilib

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-Cİ “ŞUŞA QRANTI” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində nəşr olunmuş “Ermənistanın Azərbaycana təcavüzü” adlı 3 cildlik kitabın və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

 

Lent.az-ın xəbərinə görə, tədbirdə dövlət və hökumət strukturlarının, akademik və təhsil qurumlarının, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələri iştirak edib.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib ki, hər iki əsər Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib və bununla bağlı müvafiq şəhadətnamələr verilib: "Musa Qasımlının müəllifi olduğu monoqrafiyada Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ və digər ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Qars konfranslarında ərazi məsələlərinin, Azərbaycan ərazilərinin işğalının nəticələri və digər vacib məsələlər araşdırılıb. Mənbələrin əksəriyyəti ən mötəbər olmaqla, elmi dövriyyəyə ilk dəfə gətirilib. Əsər tarixçi, siyasətçi, diplomat və bu məsələ haqqında tarixi gerçəkləri bilmək istəyənlər üçün nəzərdə tutulub".

Qeyd olunub ki, "Ermənistanın Azərbaycana təcavüzü" (müəllif: Elçin Əhmədov) adlı 3 cildlik kitabın birinci cildində (Sənədlər və materiallar) Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair sənədlər və xəritələr verilib. Kitabda münaqişənin nizama salınması istiqamətində Azərbaycan dövlətinin diplomatik fəaliyyətini əks etdirən rəsmi foto-materiallar da verilib.

2-ci kitabda (Etnik təmizləmə, soyqırım, terror, işğal) XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən mərhələsinin təhlili xronikası verilib. Bununla yanaşı, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri, dağıdılmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı və bu təcavüzün faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da verilib.

3-cü kitabda (Beynəlxalq təşkilatların və böyük dövlətlərin siyasəti) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair dünya birliyi, o cümlədən beynəlxalq təşkilatlar (BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və s.) tərəfindən qəbul edilmiş sənədlərin xronoloji ardıcıllıqla və sistemli şəkildə təhlili xronikası verilib. Bundan əlavə, baş verən hadisələrin xronoloji ardıcıllıqla təhlil edildiyi kitabda münaqişənin nizama salınması istiqamətində beynəlxalq təşkilatların fəaliyyətindəki ziddiyyətli cəhətlərə, buraxılan nöqsanlara, eləcə də perspektivdə həlli mümkün və zəruri olan məsələlərə də diqqət yetirilib.

 

Bakı  Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib ki, müstəqil dövlətimiz qorunmalıdır: “Dünyada 5 min millət və xalq, ancaq 200 dövlət var. Dünyada elə xalq yoxdur ki, qurduqları dövlətdə 10 milyon, xaricdə 40 milyonu yaşasın. Azərbaycan gəncliyi bu barədə də fikirləşməlidir”.

 

A. Məhərrəmov bildirib ki, 1963-cü ildə Ermənistanda Andranikin heykəli olub: “Biz Leninakandan gələndə avtobus yoldan 1 km kənara çıxırdı, bir qəsəbədə  Andranikin heykəlinin qarşısına gül qoyurdular. Ora xüsusi yol da çəkmişdilər. Biz isə o vaxt Azərbaycan və Ermənistan xalqlarının dostluğu barədə mahnılara qulaq asırdıq”.

 

Millət vəkili Elman Məmmədov ermənilər Azərbaycan türklərinə qarşı soyqırım törətdikləri halda özlərini soyqırıma uğramış kimi dünyaya təqdim ediblər: “Aprelin 24-də dünyada bütün ermənilər bir gül götürüb, yalançı “soqqım”ı yad edirlər. Biz 31 martda xalqımızın soyqırıma uğrmasını kütləvi şəkildə qeydd etməliyik. Bizim soyqırım abidəsi və soyqırım muzeyimiz olmalıdır. Ən azı Bakıya gələnlərə Xocalı sooyqırımı abidəsini ziyarət etməyi təklif etməliyik”. 

 

Azərbaycan Prezidenntinin İctimai-siyasi məsələlər köməkçisi Əli Həsənov vurğulayıb ki,  31 Mart Azərbaycanlıların Soyqırım Gününün qeyd ediliməsi vacibdir, xalqımıza qarşı törədilmiş soyqırımlar dünya ictimaiyyətinə çatdırılmalıdır. Hər iki nəşrin elmi redaktoru olduğunu söyləyən Ə. Həsənov kitablara baxarkən onları yüksək dəyərləndirdirdiyini, xarici dillərə tərxcümə edilərək yayılması təşəbbüsünü yüksək qiymətləndirdiyini  bildirib: “Son 200 ildə Azərbaycan xalqına şarşı dayanmadan soyqırım aktları həyata keçirib, torpaqldarımızıda dövlət qurmaq ideyasını həyata keçirmək üçün heç nədən çəkinməyiblər. 1918-ci ildə Rusiya imperiyasının dağılması və hakimiyyət uğrunda mübarizə başlaması, erməni mürtəce dairələrinin mübarizəsi fonunda bir neçə gün ərzində Azərbaycan xalqına qarşı böyük soyqırım həyata keçirilib. Bir neçə gün ərzində Bakı əhalisinin dörddən biri Şaumyan başda olmaqla silahlı erməni dəstələri tərəfindən qətlə yetirdilər. Həm də tək Bakı deyil, Bakıdan kənarda da on minlərlə soydaşımızı qətlə yetirdilər. Bir məqsədi həyata keçirmək üçün tarixdə misli görünməmiş cinayətlərə əl atılırsa, bu, erməni xalqını təmsil edən mürtəce dairələrin mahiyyətini göstərirdi. Heydər Əliyev ümumiləşmiş simvol olaraq 31 Martın azərbaycanlılara qarşı soyqırım günü kimi rəsmiləşdirdi. ”.

 

Ə. Həsənov  əhalisi türk və azərbaycanlı olduğu üçün erməni cinayətkar dəstələrinin 1 gecədə Xocalını darmadağın etdiklərini, əhalini soyqırıma məruz qoyduqlarını xatırladıb: “1905-1908-ci illərdə Azərbaycanın yüzlərlə kəndinin əhalisi qətlə yetirilib. Tariximizin öyrənilməsi istiqamətində böyük işlər görülür. Təkcə Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif şəhərlərində, Avropanın mərkəzində onlarla tədbir keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədallət” kampaniyası nəticəsində müxtəlif ölkələr, ştatlar, şəhərlər Xocalı soyqırımını tanıyırlar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 104
avatar

Oxşar yazılar