Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərində təbii sərvətlərin qiymətləndirilməsi ilə bağlı müzakirə keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvləri və Qiymətləndirmə üzrə dəvət olunmuş mütəxəssislər iştirak ediblər.
Müzakirə iştirakçıları İQ-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində ətraf mühit və təbii sərvətlərə dair İnformasiya-Arxiv Fondunun materialları əsasında qiymətləndirilməsi üçün məqbul olan baza sənədlərinin tam surətdə kifayət edəcəyini qənaətbəxş hesab ediblər. Beləliklə, işğal altında olan ərazilərdə təbii sərvətlərimizə dəyən zərərin qiymətləndirilməsinə start verilib.