Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Ayşad Məmmədov Bakıdakı taksi xidmətlərindən birində fəaliyyətə başlayıb. Lent.az-ın ölkə.az-a istinadən məlumatına görə, aktyor bir neçə gündür özünü taksi sürücüsü kimi sınayır.
Xatırladaq ki, A. Məmmədov geniş tamaşaçı kütləsinə Ramiz Əzizbəylinin rejissoru olduğu "Bəxt üzüyü" filmindəki Hüseyn obrazıyla tanınıb.