Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov Ağcabədidə vətəndaşları qəbul edəcək. Lent.az-ın məlumatına görə, qəbul iyulun 19-da baş tutacaq.
Komitə sədrinin qəbulunda Ağcabədi, Tərtər, Ağdam, Bərdə, Beyləqan, Füzuli, İmişli və Zərdab sakinləri də iştirak edə bilərlər.