Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin də övladları ali məktəbə qəbul olub. Lent.az-ın modern.az-a istinadən verdiyi xəbərə görə, generalın oğlu Məhəmməd Quliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, qızı Aliyə Quliyeva isə “ADA” Universitetinə daxil olublar.
4 övlad atası olan Elçin Quliyevin oğlu və qızı bu il Heydər Əliyev adına Müasir Təhsil Kompleksini bitiriblər. Məlumatı Heydər Əliyev adına Müasir Təhsil Kompleksindən də təsdiqləyiblər.