Teleaparıcı, sənətşünas Elçin Əlibəylinin mediadan acıq edib getməsi ilə bağlı məlumatlar yayılıb. Bəziləri isə onun jurnalistikadan getməsini səhhətində yaranan problemlə bağlayır. Onun hansısa xəstəliyə tutulduğunu deyənlər də var.
Özü ilə əlaqə saxlayıb məlumat almaq istədik, telefonunu xanımı Dilruba Vaqifzadə qaldırdı. Xanımının dediyinə görə, Elçin Əlibəyli jurnalistikadan birdəfəlik getmir, televiziyadakı verilişini davam etdirməklə yanaşı, teleaparıcı mediadan tamam kənar yeni layihəyə start verir:
“Elçinin sosial şəbəkədə yazdığı status düzgün anlaşılmayıb. Yeni layihə ilə bağlı isə hələlik açıqlama vermək istəmirik. Tezliklə layihə işə başlayacaq, hamı bu barədə biləcək. Bir sözlə, Elçin Əlibəylinin mediadan getməsi yalandır”.