Bakı Təhsil İdarəsi ekternat imtahanları keçirəcək
31 mart 2015 11:39 (UTC +04:00)

Bakı Təhsil İdarəsi ekternat imtahanları keçirəcək

0

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 13, 14, 15 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, qeydiyyat sabahdan aprelin 20-nə qədər aparılacaq. Sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

 

Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə baş tutacaq. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 6, 7, 8 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

 

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar