Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb
26 oktyabr 2017 12:13 (UTC +04:00)

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

 

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Oxşar yazılar