Əflatun Amaşov Hamit Karadenizlə görüşüb
15 iyul 2013 16:48 (UTC +04:00)

Əflatun Amaşov Hamit Karadenizlə görüşüb

 

 

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Hamit Karadeniz Mətbuat Şurasında olub.

 

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb.

 

Mətbuat Şurasının Türkiyənin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq münasibətlərinə malik olduğunu söyləyən Əflatun Amaşov mövcud prosesdə mətbuat müşavirliyinin mühüm rol oynadığını diqqətə çatdırıb. O, qarşılıqlı işbirliyinin bundan sonra da davam edəcəyinə inamını ifadə edib.

 

Hamit Karadeniz isə dost və qardaş Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirib və hər iki ölkə mediası arasındakı təmasların daha da dərinləşdirilməsini vacib sayıb. O, bu istiqamətdə Mətbuat Şurası ilə əməkdaşlığı zəruri hesab edib.  Görüşdə Azərbaycan və Türkiyə mediasının xüsusiyyətləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, 1957-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gələn Hamit Karadeniz uzun illər ölkənin təhsil sistemində də yüksək vəzifələrdə çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475
avatar

Oxşar yazılar