Dövlət Sosial Müdafiə Fondunun sədri Şəmkir şəhərində vətəndaşlarla görüşəcək.
Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 8 iyul 2015-ci il tarixdə, saat 11:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34 Şəmkir şəhər şöbəsində (02230) 5-30-33 Gədəbəy rayon şöbəsində (02232) 6-00-93 Tovuz rayon şöbəsində (02231) 5-00-40 Ağstafa rayon şöbəsində (02222) 5-26-12 Qazax rayon şöbəsində (02229) 5-27-96