Bakının avtomobil ehtiyat hissələri bazarında icarə haqqı azaldıldı
21 yanvar 2016 14:59 (UTC +04:00)

Bakının avtomobil ehtiyat hissələri bazarında icarə haqqı azaldıldı

0

 

 Bu gün Bakının Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri satılan bazarda dükan sahibi olan bir qrup sahibkar icarə haqqının azaldılmasını tələb edib.

 

APA-nın məlumatına görə, sahibkarlar manatın məzənnəsinin dəyişməsi ilə bağlı müştəri qıtlığından əziyyət çəkdiklərini, gəlirlərinin azaldığını əsas gətirərək, icarə haqqının azaldılmasını istəyiblər.

 

Sahibkarlar APA-ya bildiriblər ki, bazar rəhbərliyi onların tələbinə uyğun olaraq, icarə haqqını 10 faiz azaldıb.

 

Xatırladaq ki, sahibkarlar iki gün öncə də eyni tələblə çıxış ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 403

Oxşar yazılar