Fondun “Mərkəzi Çağrı Sistemi” 147 mindən çox müraciəti cavablandırıb
25 yanvar 2016 10:56 (UTC +04:00)

Fondun “Mərkəzi Çağrı Sistemi” 147 mindən çox müraciəti cavablandırıb

 

2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun 190 - “Mərkəzi Çağrı Sistemi” tərəfindən 147 027 müraciət cavablandırılıb. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, müraciətlərin 21 345-i elektron xidmətlər, 6 818-i fərdi uçot, 21 364-ü əmək pensiyaları, 17 644-ü məcburi dövlət sosial sığorta haqqı məsələlərini əhatə edib. 17 740 müraciət isə pensiyaların avtomatlaşdırılmış təyinatı ilə bağlı olub. Belə ki, 190 - “Mərkəzi Çağrı Sistemi” vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses cəmi bir neçə dəqiqə vaxt aparır.

 

Qeyd olunanlardan əlavə, "Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzi) yaradılması haqqında" Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Oxşar yazılar