DSMF-ə 9 milyon manat ayrılıb
23 aprel 2013 18:45 (UTC +04:00)

DSMF-ə 9 milyon manat ayrılıb

0

Prezident İlham Əliyev 1941 -1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb. Lent. az -ın məlumatına görə, sərəncama əsasən 1941 -1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 700 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 300 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini,

Dövlət Sosial Müdafiə Fondu birdəfəlik maddi yardımın nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 946

Oxşar yazılar