Birləşmiş Millətlər Təşkilatında Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatı (UNPO) açıq məktub yazaraq, beynəlxalq qurumları Urmiya gölünü gölünü qurumaqdan qurtarmağa çağırıb.
Lent.az-ın GünAzTV-yə istinadən məlumatına görə, təşkilatın məktubunda gölün böhranlı vəziyyətinə işarə edilərək, bildirlib ki, bu su hövzəsinin quruması Güney Azərbaycan əhalisinin həyatına ciddi şəkildə təsir göstərəcək.
Məktubda həmçinin İran hakimiyyətinin yanlış siyasəti ucbatından gölə tökülən çayların qabağında sədd tikməsi qeyd edilib və rejimin bu siyasəti tənqid edilib.
Təşkilat gölün qurudulmasında siyasi məsələlərin olduğunu da vurğulayıb: «İran rejimi gölün duzunun tərkibində uranın olduğunu bildiyinə görə qəsdən gölü qurudub».
UNPO sonda bütün ölkələrdən Tehran hakimiyyətinə təzyiq etməklə gölün qurudulmasının qarşısını alıb və Azərbaycan türklərinin öz ərazilərindən məcburən köçürülməsinə mane olmalarını istəyib.
Məktubun üzü Avropa Parlamenti və bir sıra beynəlxalq təşkilatlara göndərilib.