Dövlət sifarişli bəzi ixtisaslarda təhsil xərcləri artırıldı - SİYAHI
20 sentyabr 2013 17:27 (UTC +04:00)

Dövlət sifarişli bəzi ixtisaslarda təhsil xərcləri artırıldı - SİYAHI

Nazirlər Kabineti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

 

Lent.az-ın verdiyi məlumata görə,  indiyə qədər “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”na əsasən, sənətşünaslıq və rejissorluq ixtisasları üzrə təhsil xərcləri 1500 manat, dekorativ sənət, dizayn, rəngkarlıq, qrafika və heykəltəraşlıq ixtisasları üzrə təhsil xərcləri 2000 manat, memarlıq ixtisası üzrə təhsil xərci 1800 manat, müalicə işi, hərbi həkim işi, tibbi profilaktika, əczaçılıq və stomatologiya ixtisasları üzrə təhsil xərcləri 2500 manat olub.

Dəyişikliyə əsasən, bakalavriat səviyyəsində sənətşünaslıq ixtisası üzrə təhsil xərci 1700 manat, rejissorluq ixtisası üzrə 2400 manat, dekorativ sənət ixtisası üzrə 4000 manat, dizayn ixtisası üzrə təhsil xərci 1920 manat rəngkarlıq, qrafika və heykəltəraşlıq ixtisasları üzrə təhsil xərci  5000 manat, memarlıq ixtisası üzrə təhsil xərci 2000 manat, müalicə işi və hərbi həkim işi ixtisasları üzrə təhsil xərci 4500 manat, tibbi profilaktika, əczaçılıq və stomatologiya ixtisasları üzrə  təhsil xərci 4000 manata qaldırılıb.

Bundan öncə “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”na əsasən sənətşünaslıq, aktyor sənəti, dekorativ sənət, rejissorluq, dizayn, rəngkarlıq, qrafika, heykəltəraşlıq, memarlıq və səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsil xərci 1800 manat olub.

Dəyişikliyə əsasən, magistratura səviyyəsində sənətşünaslıq ixtisası üzrə təhsil xərci 1700 manat, aktyor sənəti ixtisası üzrə təhsil xərci 2000 manat, dekorativ sənət ixtisası üzrə təhsil xərci 4000 manat, rejissorluq ixtisası üzrə təhsil xərci 2600 manat, dizayn ixtisası üzrə təhsil xərci 1920 manat, rəngkarlıq, qrafika və heykəltəraşlıq ixtisasları üzrə təhsil xərci 5000 manat, memarlıq ixtisası üzrə təhsil xərci 2000 manat, səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsil xərci 4000 manata qaldırılıb. 

Eyni zamanda rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsil xərci də 4000 manat müəyyənləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Oxşar yazılar