Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidməti Aparatında Türkiyə Silahlı Qüvvələrinin Hərbi Attaşesi və Hərbi Əməkdaşlıq üzrə koordinasiya qurumunun rəhbəri general-leytenant Hasan Nevzat Taşdeleri səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Lent.az-a verilən məlumata görə, söhbət əsnasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı general-polkovnik Elçin Quliyev Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi işinin təşkili və inkişafı məsələlərində Dövlət Sərhəd Xidməti ilə fəal əməkdaşlığa görə Türkiyə Silahlı Qüvvələrinin Hərbi Attaşesi və Hərbi Əməkdaşlıq üzrə koordinasiya qurumunun rəhbəri general-leytenant Hasan Nevzat Taşdeleri «Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)» yubiley medalı ilə təltif edərək yeni xidmətində uğurlar arzulayıb.