Dövlət qulluğu üzrə test bankı hazırlanıb
14 noyabr 2017 11:47 (UTC +04:00)

Dövlət qulluğu üzrə test bankı hazırlanıb

Azərbaycanda dövlət qulluğuna qəbul üzrə test bankı hazırlanıb.

 

 

Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, vəzifə qrupları üzrə 20 yeni test proqramı hazırlanıb: "Əvvəlki qəbul imtahanlarından fərqli olaraq, yeni modeldə dünyagörüşü bloku ləğv edilib, onun yerinə Azərbaycan dili bloku yaradılıb. Test imtahanı modeli kifayət qədər mürəkkəbləşdirilsə də, bir o qədər çevikləşib. Yeni modelin yoxlanılması məqsədilə oktyabrın 5-dən dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilib”.

 

DİM rəsmisi bildirib ki, test imtahanlarının məzmununda da yeniliklər edilib. Əvvəlki imtahanlardan fərqli olaraq, test imtahanları vakant vəzifələr üzrə deyil, vəzifə qrupları üzrə keçirilir. Həmçinin, dövlət qulluğunda yüksəliş üçün ümumi müsahibə də nəzərdə tutulub. Mərkəzin icraçı direktoru vurğulayıb ki, DİM-in bazasında ləğv olunmuş dövlət orqanlarında çalışmış 333 namizəd ehtiyat kadr kimi qalır: "Ehtiyat kadrlardan 44-ü vəzifəyə təyinat alıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461

Oxşar yazılar