Dövlət qulluğu ilə bağlı müsabiqənin birinci mərhələsi başa çatıb
19 iyul 2013 10:43 (UTC +04:00)

Dövlət qulluğu ilə bağlı müsabiqənin birinci mərhələsi başa çatıb

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 16 aprel, 1 və 7 may tarixlərində 94 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1005 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

 

Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada qeydə alınmış 6114 namizədin 35%-ni qadın namizədlər, 76%-ni isə gənclərdir.

 

Test imtahanı mərhələsində uğur əldə etmiş 1335 nəfərdən 1069-u iddia etdiyi vəzifə üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib, 266 namizəd isə 5-ci təsnifat inzibati vəzifə üzrə keçid balını toplamayıb, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar. Onlardan 139-u bu hüquqdan istifadə edib. Test imtahanı mərhələsini uğurla keçən 1335 nəfərdən 32%-i qadın namizədlər, 83%-i isə gənclərdir. Hər bir namizədə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

 

Test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:

 

-         Əmlak Məsələləri Dövlət Komitəsi – qeydə alınmış 862 namizəddən 181 nəfəri;

-         Tələbə Qəbulu üzrə Dövlət Komissiyası – qeydə alınmış 529 namizəddən 67 nəfəri;

-         Ekologiya və Təbii Sərvətlər Nazirliyi – qeydə alınmış 500 namizəddən 66 nəfəri;

-         Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – qeydə alınmış 190 namizəddən 64 nəfəri;

-         İqtisadi İnkişaf Nazirliyi – qeydə alınmış 324 namizəddən 58 nəfəri;

-         Bakı Apelyasiya Məhkəməsi – qeydə alınmış 169 namizəddən 51 nəfəri.

 

Müsabiqənin müsahibə mərhələsi 27 iyun 2013-cü il tarixdə başlayıb. İndiyə kimi müsahibədə iştirak etmiş 130 namizəddən 34 nəfəri bu mərhələdən də uğurla keçib. Elan edilmiş müsabiqənin müsahibə mərhələsi 5 dövlət orqanı üzrə başa çatıb. Digər dövlət orqanları üzrə müsahibə davam edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089
avatar

Oxşar yazılar