Dövlət Bayrağı Gününə həsr olunan müsabiqə keçiriləcək
27 sentyabr 2013 15:59 (UTC +04:00)

Dövlət Bayrağı Gününə həsr olunan müsabiqə keçiriləcək

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tələbələr arasında “Bayrağımız qürur mənbəyimizdir” adlı foto, 6-13 yaşlı şagirdlər arasında rəsm müsabiqəsi elan edir. İdarədən Lent.az-a verilən məlumata görə, foto-müsabiqədə iştirak etmək arzusunda olan tələbələr oktyabrın 10-dək dbm.flag@gov.az ünvanına şəxsiyyəti təsdiq edən sənədin fotosurətini və əlaqə telefonunu göndərməlidirlər. Meydanın kənardan çəkilmiş yüksək keyfiyyətli rəngli və rəngsiz fotoşəkilləri isə jpg, jpeg, raw, raw + formatda oktyabrın 25-dək  dbm@flag.gov.az ünvanına Google Drive, wetransfer.com, sendspace.com və s vasitəsilə təqdim edilməlidir.

 

Üç fotonun qalibi təşkilat komitəsi tərəfindən seçilərək qiymətli hədiyyə ilə mükafatlandırılacaq.

 

Rəsm müsabiqəsinin iştirakçıları isə Dövlət Bayrağı Gününə həsr olunan istənilən üsulla çəkilən A2-A3 formatlı, rəngli rəsm işlərini, müəllifin doğum haqqında şəhadətnaməsinin surətini oktyabrın 25-dək Dövlət Bayrağı Meydanına təqdim etməlidir.

 

Azərbaycanın dövlət rəmzlərinə dair müvafiq qanunvericiliyə, eləcə də müsabiqə şərtlərinə uyğun olmayan şəkillər müsabiqəyə qəbul edilməyəcək. Təqdim edilən işlər geri qaytarılmır və onlara dair bütün müəlliflik hüquqları Azərbaycan Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə məxsusdur.

# 1444
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar