Donmuş ət məhsulları - XEYİRLİ, yoxsa ZƏRƏRLİ?
19 avqust 2016 17:55 (UTC +04:00)

Donmuş ət məhsulları - XEYİRLİ, yoxsa ZƏRƏRLİ?

 

Ət məhsulları tez xarab olan məhsullar sırasına daxildir. Amma donmuş vəziyyətdədirsə, təhlükə yarada bilməz. Ətdən çeşidli məhsullar almaq mümkündür. İstər yarımfabrikat, istərsə də xammal şəkildə... İstənilən halda, dondurulmuş ət məhsullarının istifadəsində əsas şərt donun düzgün açılması və keyfiyyətin aşağı düşməməsi üçün düzgün hazırlanma qaydasına riayət etməkdir. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri  İmran Abdullayevun sözlərinə görə, bu növ məhsulları donu açıldıqdan dərhal sonra istifadə etmək məsləhətdir.

 

“İsti suda açmaq qəti olmaz. Bir qədər soyuq havada bir neçə saat ərzində donun açılmasını gözləmək lazımdır. Donu açıldıqdan sonra istifadə etmək olar. Xüsusilə, xəmirə bükülmüş blini, düşbərə kimi məhsulları istifadə edərkən daha diqqətli olmaq lazımdır. Donu açıldıqdan bir neçə saat sonra istifadə etmədən istidə saxlayarıqsa, bu, təhlükəyə gətirib çıxara bilər”.

 

Balıq məhsulunun donunu açdıqdan sonra üzərinə duz əlavə etmək lazımdır ki, tərkibində olan su getməsin, əksinə, su ətə hopsun. Düşbərə kimi xəmirli ət məhsullarını elə donmuş vəziyyətdə qaynayan suya atmaq lazımdır. Bu halda, keyfiyyət itməz. Donmuş əti isti yerdə uzun müddət saxlayanda çox miqdarda qan ayrılır, bununla da tərkibindəki xeyirli maddələr itmiş olur.

 

“Don açılana qədər üzərində isti temperatur yaranır və əlbəttə ki, bu halda mikroblar yaranır. Donmuş hüceyrələrin 80 faizi sudan ibarətdir. Təsəvvür edin ki, hər hansı qabda dondurulmuş suyu isti suya atanda partlayır. Hüceyrə də belədir. Tərkibində 80 faizi su, 20 faizi qidadır. Bizim yediyimiz həmin qidadır”.

 

Bəs dondurulmuş ət məhsullarının keyfiyyətli olub-olmamasını nədən bilmək olar? İmran Abdullayev bildirib ki, məhsulun keyfiyyəti donmuş halda bilinmir. Yalnız donu açıldıqdan sonra müəyyən əlamətlərə görə şübhə yarana bilər.

 

“Keyfiyyətsiz məhsulu dondurduqda donmuş vəziyyətdə heç bir əlamət bilinmir. Amma donu açılan kimi iy varsa, üzə çıxacaq. Düzgün saxlanmayan ətdə qaxsıma əlaməti, piyində sarılıq, dadında acılıq olur”.

 

Ölkəyə idxal olunan məhsullar donmuş halda olsa da, ayrı-ayrı nümunələr vasitəsilə laborator təhlillər aparılır. Əgər hər hansı neqativ hal aşkarlanmırsa, idxala icazə verilir. Üstəlik, dondurulmuş ət məhsulu hansı temperaturda qəbul edilibsə, həmin temperaturda da bazara çıxarılmalıdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar