“Doktrantura və dissertantura ilə bağlı qəbul planı Nazirlər Kabinetinə təqdim olunub”.
Bunu bu gün keçirdiyi mətbuat konfransında AMEA prezidenti Akif Əlizadə bildirib.
Akif Əlizadə doktrantura və dissertanturaya qəbulun payızda aparılacağını bildirib: “Doktranturaya plan keçən il dolmadı. Ona görə də bu il qəbul planı bir qədər aşağı salınıb. Qəbul prosesi isə ənənəvi şəkildə aprılacaq”.