Bir neçə ay öncə Təhsil Nazirliyi doktoranturaya qəbulun aparılması üçün hökumətə təqdim etdiyi plan yerlərinin sayını açıqlamışdı. Bəs, doktoranturaya qəbul nə zaman baş tutacaq? Nazirlikdən Lent.az-ın sorğusuna cavabda bildirilib ki, 2013-cü il üçün doktoranturaya qəbul planları Azərbaycan hökuməti tərəfindən artıq təsdiq edilib.
Verilən məlumatda o da qeyd olunur ki, doktoranturaya qəbul haqqında elanlar müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən noyabrın 12-dən sonra respublika mətbuatında dərc olunacaq.