Mübariz Qurbanlıdan lisenziya istədilər
25 dekabr 2014 16:00 (UTC +04:00)

Mübariz Qurbanlıdan lisenziya istədilər

0

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədə Gəncə, Şəmkir, Daşkəsən, Göygöl, Samux, Goranboy sakinlərini qəbul edib.

Komitədən Lent.az-a verilən məlumata görə, qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların qeydiyyatı, dini kitabların və ləvazimatların satışı üçün mağazaların lisenziyası və sair məsələlərlə bağlı müraciətlər ediblər.

Dövlət Komitəsinin sədri M. Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. 25 nəfərədək vətəndaşı qəbul edən Komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Qəbul zamanı vətəndaşlar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin son vaxtlar həyata keçirdiyi tədbirlərdən razılıqlarını ifadə ediblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar