2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının aprelin 9-da keçirilmiş birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 10-12 aprel 2017-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.