DGK sədrinin Cəlilabadda keçirəcəyi qəbulun vaxtı dəyişib
27 fevral 2016 12:41 (UTC +04:00)

DGK sədrinin Cəlilabadda keçirəcəyi qəbulun vaxtı dəyişib

0

 Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin Cəlilabad şəhərində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlində nəzərdə tutulan qəbul günü dəyişdirilərək martın 30-dan martın 4-ə keçirilib.

 

Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, A. Əliyev martın 4-ü saat 11:00-da Cəlilabaddakı Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 242) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

 

Qəbul zamanı bölgədə yerləşən rayonların - Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar martın 3-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Biləsuvar Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-02-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar