Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin VI sinifləri üçün kurrikulum əsasında dərsliklərin nəşri işlərinin satın alınmasına dair açıq tender elan edir. Bu barədə Lent. az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Tender 21 lot üzrə keçiriləcək. Xarici dil dərslik komplektləri təlim Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəbləri üçün eynidir. Açıq tender prosedurunda hər bir lot üzrə həm dərslik, həm də müəllim üçün metodik vəsaitlərin nəşr işləri nəzərdə tutulsa da, dövlət vəsaiti hesabına satınalma yalnız dərsliklərə şamil edilir. Müəllim üçün metodik vəsaitlərin nəşri və çapının maliyyələşməsi isə nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir.
Tenderdə iddiaçı statusu almaq istəyənlər elan dərc olunduğu gündən aprelin 19 - can müvafiq sənədlər təqdim etməlidirlər. İddiaçı təqdim etdiyi sənədlərin, o cümlədən ixtisas göstəricilərinə dair məlumatların doğruluğuna görə məsuliyyət daşıyır. Tenderdə hər bir lot üzrə iştirak haqqı ödənilir.
Məzmun və maliyyə təklifləri olan zərflər mayın 15-də Təhsil Nazirliyində açılacaq. Bütün tender sənədləri Azərbaycan dilində tərtib olunmalıdır.