Dərbənd ziyalıları Azərbaycan prezidentinə müraciət edəcəklər
12 noyabr 2013 13:28 (UTC +04:00)

Dərbənd ziyalıları Azərbaycan prezidentinə müraciət edəcəklər

“Dərbəndin 2000 illik yubileyi ilə bağlı ancaq ləzgilərə aid olan mədəniyyət obyektləri və parklar təmir edilir”. Bunu Lent.az-a Dağıstanın Dərbənd şəhərindəki həmyerlimiz deyib.

 

Onun sözlərinə görə, Dərbəndin abadlaşdırmasına Rusiya hökuməti 2 milyard rubl ayırıb. Amma şəhər meri İmam Yarəliyevin sərəncamı ilə Ləzgi Dövlət Dram Teatrı yenidən qurulur, Azərbaycan Dövlət Dram Teatrı isə yarıuçulmuş və bərbad gündədir.

 

Bundan başqa merin sərəncamı ilə şəhərdə ləzgi şairi Süleyman Stalskinin heykəli də ucaldılacaq. Lakin nə Azərbaycana aid mədəni obyekt və məktəblər, nə də Nizami Gəncəvi adına parkın yenidən qurulması nəzərə alınıb. Bununla bağlı Dərbəndin azərbaycanlı ziyalıları Azərbaycan prezidenti İlham Əliyevə məktubla müraciət edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 950
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar