Novruz yarmarkalarında səyyar laboratoriyalar fəaliyyət göstərərcək
11 mart 2016 10:16 (UTC +04:00)

Novruz yarmarkalarında səyyar laboratoriyalar fəaliyyət göstərərcək

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. 

 

DBNX-nin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, bu barədə imzalanan əmrə əsasən, Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) strukturları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 12-20 mart tarixlərində təşkil ediləcək kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında, eləcə də bayram ərəfəsi və bayram günlərində Respublikanın digər şəhər və rayonlarında keçiriləcək yarmarkalarda, bazarlarda əhalini keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin etmək, insanların sağlamlığını qorumaq, ticarət yerlərində baytarlıq-sanitariya qaydalarına ciddi nəzarətin aparılması məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Əmrdə həmçinin bayram ərəfəsi və bayram günlərində rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə heyvan və heyvan mənşəli məhsullarının satışı yerlərində ətin və digər heyvan mənşəli məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi, ticarət üçün ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan, heyvan mənşəli məhsulların və xammalın satışının qarşısının alınması, bazarlarda və yarmarkalarda baytarlıq-sanitariya ekspertiza işlərində keyfiyyətin artırılması tapşırılır.

 

Bildirilir ki, Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində təşkil edilmiş yarmarkalara çıxarılacaq heyvan və heyvan mənşəli məhsulların vaxtında və yerindəcə müayinələrinin yüksək səviyyədə təşkili üçün səyyar baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar