Daha 3 nəfər QHT Şurasına üzv seçildi
17 mart 2016 19:25 (UTC +04:00)

Daha 3 nəfər QHT Şurasına üzv seçildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupu üzrə seçki keçirilib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, iclasda qeydə alınmış 63 QHT nümayəndəsindən 58-i iştirak edib.

 

Şura üzvlüyünə namizədlər Cəmiyyətin və Vətəndaş Cəmiyyətinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli, “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin sədri Lamiyə Kərimova və Konstitusiya Araşdırmalar Fondunun prezidenti  Əliməmməd Nuriyev iclasda çıxış ediblər.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Əliməmməd Nuriyev  (57 səs), Əhməd Abasbəyli ( 12 səs) və Qadir İbrahimli (11 səs) olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369
avatar

Oxşar yazılar