Dağlıq rayonlara yarım metrə yaxın qar yağıb –<span style="color:red;"> Faktiki hava
25 yanvar 2016 11:30 (UTC +04:00)

Dağlıq rayonlara yarım metrə yaxın qar yağıb – Faktiki hava

 

Yanvarın 24-ü axşamdan 25-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 3-24, Böyük Qafqazda 1-17, Kiçik Qafqazda 5-6, Mərkəzi-Aran rayonlarında 3-15, Qazax-Gəncə zonasında 3-9, Naxçıvan MR-da 1-7, Bakıda və Abşeron yarımadasında 1-6 mm olub.

 

Qar örtüyünün hündürlüyü hazırda dağlıq rayonlarda 12-41, dağətəyi rayonlarda 1-9 sm-ə çatıb.

 

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar