Əsil vaxtıdı, çiyələkli tortu belə hazırlayın -<span style="color:red;"> Ustanın sirləri : <span style="color:red;">Lent.az-ın mətbəxi
27 may 2019 16:19 (UTC +04:00)

Əsil vaxtıdı, çiyələkli tortu belə hazırlayın - Ustanın sirləri: Lent.az-ın mətbəxi

Bu gün Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Tanınmış "Ağababa Ağababa" "youtube" kanalının sahibi məşhur usta bu dəfə Lent.az-ın əməkdaşına çiyələkli tortun xüsusi hazırlanma qaydasını üsulunu izah edir:
 
Çiyələkli tortun hazırlanması.
 
 
İçindəkilər:
 
Xəmiri üçün 500 qr əla növ un, 150 qr kərə yağı, 130 qr xama, 2 yumurta 100 qr şəkər kirşanı, 1 bağlama şəkərli vanil, 1 bağlama qabartma tozu istifadə edilir. 
 
Hazırlanması:
 
Birinci şəkərlə yağ qaba əlavə edilib çalınır. Sonra içərisinə yumurtalar sındırılıb qatılır və bir az çalıb xama əlavə edilir. Sonra qabartma tozu və şəkərli vanil əlavə edib yenə qarışdırırıq. Ayırdığımız unu qarışıma əlavə edib xəmir yoğururuq.
 
Yoğurulmuş xəmiri 5 bərabər hissəyə (kündəyə) ayırırıq və qabda qoyuruq soyuducuya, 30 dəqiqə soyuducuda gözlədirik. 
 
Sonra hər kündəni nazik paketin üstündə yayırıq. Çünki bu xəmiri yayarkən əlavə un vurmaq olmaz. Xəmiri 24x32 sm çapında yayırıq və sonra paketi kəsib xəmiri tortu bişirdiyimiz qabın arxa hissəsində 180-190 dərəcəli sobada 8-10 dəqiqə müddətinə bişiririk. Diqqət etmək lazımdır ki, bişirilən xəmir qızarmasın.
 
 
Kremi üçün 
 
500 ml süd
 
40 qr qarğıdalı nişastası
 
150 qr şəkər tozu
 
100 qr ağ şokolad
 
100 qr kərə yağı
 
1 bağlama şəkərli vanil.
 
Kremin hazırlanması:
 
Qarğıdalı nişastasını şəkər tozunun üzərinə töküb qarışdırırıq və bişirəcəyimiz qazana əlavə edirik. Üzərinə südü tökürük, odda qarışdıra-qarışdıra qatılaşmasını gözləyirik. 1-2 bu]um qaynadıb sonra altını söndürürük. Daha sonra içərisinə ağ şokoladı əlavə edirik və sonra kərə yağı, vanil əlavə olunur. 
 
Arada bir soyuyana qədər qarışdırırıq ki üzəri qaysaq bağlamasın.
 
Sonra çiyələk kremi hazırlanır
 
Çiyələkli krem üçün isə 600 qr çiyələk
 
40 qr qarğıdalı nişastası
 
150 qr şəkər tozu
 
1 bağlama şəkərli vanil.
 
Hazırlanması:
 
Çiyələyi yaxşıca yuyuruq, saplaqlardan ayırıb bişirmək üçün qazana tökürük. Çiyələkləri blendirlə əzib püre halına salırıq. Sonra şəkərli vanil əlavə edirik. Şəkər tozu ilə qarğıdalı nişastasını qatıb həmin qarışığa əlavə edib çalırıq. Qatılaşana qədər bu kremdə bişirilir.
 
Sonra bişmiş xəmirin üzərinə birinci qat adi krem, üstündən isə püre yayılır. Bütün qatlara eyni qayda ilə krem və püre çəlir. Üzərinə yüngül bir məcməyi onun üstünə isə kitab qoyuruq ki yuxalar bir-birinə yaxınlaşsın. Təxmini 3-4 saat durandan sonra üzərini bəzəyirik.
 
 
Bəzək üçün şəkər kirşanı və ya kokos qırıntısı üzərindən isə 150 qr çiyələk əlavə edirik.
 
Hazırlayan hər kəsə nuş olsun.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2612

Oxşar yazılar